AZ

Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 10 faizdən çox artıb

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın sentyabr sayına dair ilkin rəqəmləri təqdim edib.

İcmala əsasən, 2025-ci ilin yanvar-avqust aylarındaAzərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 10,3% artaraq 2,4 milyard ABŞ dolları təşkil edib. 2025-ci ilin yanvar-avqust aylarında yeyinti məhsulları üzrə ixrac 22,9% artaraq 774,2 milyon ABŞ dollarına bərabər olub.

Cari ilin səkkiz ayında ixrac olunan şəkər ötən ilin müvafiq dövrünə nəzərən  58,2%, meyvə-tərəvəz 32,2%, kimya sənayesi məhsulları 24,3%,  pambıq iplik 16,3%, çay 2,1%, qara metallar və onlardan hazırlanan məmulatlar 0,2% artıb.

2025-ci ilin yanvar-avqust aylarında aqrar məhsullar üzrə ixrac 28,2% artaraq 614,4 milyon ABŞ dolları, aqrar-sənaye məhsulları üzrə ixrac isə 4,7% artaraq 209,5 milyon ABŞ dollarına bərabər olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 21,3% artaraq 823,9 milyon ABŞ dolları təşkil edib.

Seçilən
5
10
marja.az

10Mənbələr