AZ

Avropada geniş yayılan xəstəlik: Azərbaycanda vəziyyət necədir? - RƏSMİ

BAKI, 12 sentyabr. TELEQRAF

Dərmana davamlı "Candida auris" göbələyinə qarşı xəstəxanalarda dezinfeksiya və sanitariya qaydaları ilə bağlı maarifləndirmə işləri həyata keçirilir.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzindən məlumat verilib.

Bildirilib ki,bu göbələk xəstəliyi əsasən tibb müəssisələrində çirklənmiş səthlər və cihazlar, həmçinin xəstə insanla təmas zamanı yaranır.

"Xəstəxanadaxili infeksiyalara aid olan “Candida auris” 2009-cu ildə ilk dəfə təsvir olunub və bir çox ölkələrdə qeydə alınıb.

Ölkəmizdə rəsmi xəstəlik halı qeydə alınmayıb, buna baxmayaraq xəstəxanalarda dezinfeksiya və sanitariya qaydaları ilə bağlı maarifləndirmə işləri həyata keçirilir", - məlumatda vurğulanıb.

Seçilən
65
teleqraf.com

1Mənbələr