AZ

Avtomobil salonunda qalan suyun təhlükəsi

İsti havada insanın susuzluğunu yatırması üçün çox su içməsi normaldır. Lakin hər su saf və təhlükəsiz deyil. 

Avtosfer.az xəbər verir ki, bəzən sürücülər avtomobilin salonunda uzun müddət, hətta günlərlə qalmış suyu içirlər. Bu da sağlamlığa birbaşa təhlükədir. Plastik qablarda olan suda istilik və ultrabənövşəyi şüaların təsiri ilə mikroplastiklərin həcmi artır. Çünki ultrabənövşəyi şüalar plastiklərin parçalanmasını sürətləndirir.

Mikroplastiklər həyati vacib orqanlarda – böyrəklər, ağciyərlər, beyin və sair toplanaraq sağlamlığı təhdid edir. 
Ekspertlər vəziyyətdən çıxış yolu kimi ya şüşə qablardan, ya da termosdan istifadəni tövsiyə edirlər.

Vüqar

Seçilən
22
1
avtosfer.az

2Mənbələr