AZ

Paytaxtın Nizami rayonunda oğurluq edən şəxslər saxlanılıblar

Bakı, 12 sentyabr, AZƏRTAC

Nizami rayonunda talama cinayətləri baş verib. Naməlum şəxslər ayrı-ayrı vətəndaşlara məxsus 2 min 235 manat dəyərində qızıl-zinət əşyalarını və 800 manatlıq mopedi oğurlayıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu barədə zərərçəkənlər polisə məlumat veriblər.

Nizami Rayon Polis İdarəsinin 24-cü polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qeyd olunan əməlləri törətməkdə şübhəli bilinən Q. Süleymanova və N. Abdullayev saxlanılıblar.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Seçilən
22
3
azertag.az

2Mənbələr