AZ

Millimizi qara günə qoydu, özü reytinqdən düşdü

UEFA zonası üzrə milli komandalarda orta hesabla hər oyunda ən az xal toplayan məşqçilərin siyahısı açıqlanıb.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin sabiq baş məşqçisi Fernandu Santuş da siyahıda özünə yer edib.

Yığmamızı 11 matçda meydana çıxaran və İslandiyaya 0:5 hesablı məğlubiyyətdən sonra qovulan portuqaliyalı mütəxəssis yalnız 2 dəfə heç-heçəyə öyünə bilib.

Santuşlu komandamız orta hesabla hər görüşdə 0,18 xal toplayıb. Santuş bu nəticə ilə Avropadakı millilərin çalışdırıcıları arasında ən zəif 9-cu göstəriciyə “nail olub”.

O, indi millimizə gəlməyi arzulayan Engin Fırat (Moldova – 2019-2020) və Hans Baçke (Finlandiya – 2016) ilə 9-cu pilləni bölüşür.

Millimiz Santuşun dönəmində Estoniya və Latviya ilə qolsuz bərabərə qalıb, digər 9 oyunda məğlub olub.

Seçilən
11
sportinfo.az

1Mənbələr