AZ

Məzuniyyət götürüb bir daha işə qayıtmadı İşləmədən maaşını aldı

ain.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

Almaniyada baş verən kuryoz hadisə dünya mediasının diqqətini çəkib. Belə ki, 2009-cu ildə xəstəliyə görə məzuniyyətə çıxan müəllimin yoxluğu nə az, nə də çox, düz 16 il sonra hiss olunub. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Şimali Reyn-Vestfaliya əyalətində məktəblərin birində biologiya və coğrafiya fənnini tədris edən xanım müəllim xəstəlik və psixoloji problemlər səbəbindən məzuniyyət götürüb. 

Bundan sonra o, bir daha işə qayıtmayıb. Tam 16 il ərzində hər ay 5 min avro (təxminən 9 967 manat) məvacib almaqda davam edib. Müəllimin çalışdığı məktəb isə bu vəziyyətdən illərlə xəbərsiz qalıb. 

Qaydalara əsasən, üç aylıq yoxluqdan sonra tibbi müayinədən keçməli olan müəllim heç vaxt yoxlanılmayıb. Onun icazəsi “təxminən 20 ilə yaxın” müddətdə sistemli şəkildə yenilənərək davam etdirilib. 

Hadisə yalnız 2024-cü ildə rəhbərlik dəyişikliyi zamanı aparılan daxili yoxlama ilə ortaya çıxıb. 2015-ci ildə vəzifəyə gələn keçmiş direktor, həmin müəllimlə heç vaxt qarşılaşmadığını və onun nəzəri olaraq kadrda olduğunu belə bilmədiyini açıqlayıb. 

Əyalət rəhbərliyi məsələni öyrəndikdən sonra müəllimi tibbi müayinəyə çağırıb. Müəllim isə müayinədən imtina edərək məhkəməyə müraciət edib.Onun etirazı rədd edilib və yenə də yoxlamadan keçməsinə qərar verilib. 

Maraqlısı budur ki, müəllim bu müddət ərzində maaşının 100%-ni almaqda davam edib. Almaniyanın “Bild” nəşrinə görə, müəllimin Duisburg şəhərində iki mənzili də mövcuddur.

Gülayə Mecid 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
27
unikal.az

1Mənbələr