AZ

Lukaşenko: “Rusiya Ukrayna ilə bağlı razılaşmaları yerinə yetirməyə hazırdır”

Ayna portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"Amerikalıların dediklərini ruslar, mən tam əminəm ki, qəbul etməyə hazırdırlar”

Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyanın ABŞ-la Ukrayna ilə bağlı razılaşmanın şərtlərini yerinə yetirməyə hazır olduğunu bəyan edib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Belarus Prezidenti ölkənin BMT-dəki daimi nümayəndəsi Valentin Rıbakovun hesabatını qəbul edərkən bəyan edib.

“Rusiya Ukraynadakı münaqişənin həlli üçün ABŞ-la razılaşmanın şərtlərini yerinə yetirməyə hazırdır”, Lukaşenko deyib.

"Amerikalıların dediklərini ruslar, mən tam əminəm ki, qəbul etməyə hazırdırlar. Biz bunu Rusiya Prezidenti Vladimir Putin ilə artıq bir neçə dəfə müzakirə etmişik. Cavab avropalıların və Ukrayna Prezidenti Volodimir Zelenskinin ixtiyarındadır", - o vurğulayıb.

Belarus liderinin sözlərinə görə, Ukrayna Rusiya ilə münaqişədə qalib gələ bilməyəcək.

Ötən həftə Vladimir Putin Çinə səfərindən sonra jurnalistlərə açıqlamasında deyib ki, Zelenski görüşə hazırdırsa, Moskvaya gələ bilər.

Öz növbəsində Zelenski ABC telekanalına müsahibəsində belə bir səfərin mümkünsüzlüyünü əsas gətirərək Rusiya paytaxtına səfər etməkdən imtina edib. Eyni zamanda, o qeyd edib ki, “görüşə hazırdır” və bu, “istənilən formatda” baş tuta bilər.

Sentyabrın 2-də Putin Pekində Lukaşenko ilə danışıqlar zamanı qeyd edib ki, Belarus rəhbəri ilə görüşlər əbəs deyil. Rusiya Prezidenti həmçinin bildirib ki, onların görüşünün harada keçirilməsindən asılı olmayaraq, Lukaşenko ilə həmişə görüşüb danışmağa ehtiyacı var.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
21
ayna.az

1Mənbələr