AZ

Bakıdan uçan bərbər Rusiya gömrüyündə saxlanıldı

Rusiyanın Yekaterinburq şəhərinin Koltsovo aeroportunda gömrük nümayəndələri Bakıdan ölkəyə səfər edən 29 yaşlı bərbəri saxlayıblar.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə məlumatı Uralın Gömrük İdarəsinə istinadən “URA.ru” portalı yayıb. 

Bildirilib ki, “Yaşıl dəhliz”də həmin şəxsin üzərində bəyan olunmamış saç kəsimi üçün alətlər aşkar edilib. O, həmin əşyaları öz salonuna aparmaq niyyətində olub. Sərnişin gömrük qaydaları ilə tanış olmadığını vurğulayıb. 

Milliyəti açıqlanmayan bərbər barəsində inzibati iş açılıb.

"Cebheinfo.az" 

Seçilən
25
1
cebheinfo.az

2Mənbələr