AZ

Qatar yaxınlaşanda dəmir yolu keçidinə hansı məsafədə dayanmaq lazımdır? VİDEO

ain.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Bəzi sürücülərin dəmir yolu keçidlərində yol verdiyi ən ciddi qayda pozuntularından biri də qatar yaxınlaşarkən son anda keçməyə cəhd göstərməsidir. 

Avtosfer.az xəbər verir ki, bu cür davranış sürücünün həyatını, sərnişinlərin təhlükəsizliyini və dəmir yolu hərəkətini böyük risk altına salır. Qaydalara əsasən, qatar yaxınlaşdığı anda sürücülər avtomobili ən azı 10 metr məsafədə saxlamalıdırlar.

Lakin müşahidələr göstərir ki, çox vaxt bu tələb gözardı edilir və nəticədə ağır qəzalar baş verir. 

Mütəxəssislər bildirirlər ki, dəmir yolunda təhlükəsizliyin təmin olunması üçün sürücülər diqqətli olmalı, siqnal, işıqfor və baryerlərin tələblərinə ciddi əməl etməlidirlər. 

Belə hallara Azərbaycanda da tez-tez rast gəlinir və bu, sürücülərin diqqətsizliyi səbəbindən ciddi təhlükələr yaradır.

Eltac Zülfüqaroğlu

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
avtosfer.az

1Mənbələr