Qırğızıstanın paytaxtı Bişkekdə 4,3 bal gücündə zəlzələ baş verib.
News365.az xəbər verir ki, məlumat TASS tərəfindən yayımlanıb.
Yeraltı təkanların bütün şəhər ərazisində hiss olunduğu bildirilir. Şahidlərin sözlərinə görə, zəlzələ təxminən 2-3 dəqiqə davam edib.
Hazırda paytaxtda vəziyyət sabitdir. Hadisə ilə bağlı rəsmi qurumların açıqlaması gözlənilir.
News365.az