AZ

Federiko Koletta “Roma”nı “Qarabağ”ın rəqibinə dəyişdi

İtaliyanın “Roma” klubunun 18 yaşlı mərkəz yarımmüdafiəçisi Federiko Koletta bundan sonra “Benfika”nın uğurları üçün çalışacaq.

Arena.az bu barədə Portuqaliya klubunun rəsmi saytına istinadən xəbər verir.

“Qarabağ”ın UEFA Çempionlar Liqasının (ÇL) əsas mərhələsindəki rəqibi olan “Benfika” bu transferi 1 milyon avroya rəsmiləşdirib. İtaliyalı yarımmüdafiəçi yeni klubu ilə 3 illik (2028-ci ilin 30 iyununadək) müqavilə bağlayıb. İtaliyanın U-19 millisinin üzvü bu mövsüm “Benfika”nın B komandasında forma geyinəcək.

Federiko Koletta “Roma”nın yetirməsidir. O, 2024/2025 mövsümündə “canavarlar”ın U-20 komandasının heyətində meydana çıxdığı 38 oyunda 14 qol vurub. Koletta iki dəfə (2022/2023 və 2023/2024) gənclər arasında İtaliya çempionatının qalibi olub.

Koletta 17 yaşadək futbolçular arasında Avropa çempionu tituluna da malikdir. O, 2024-cü ildə keçirilmiş turnirin finalında, İtaliyanın Portuqaliya üzərində 3:0 hesablı qələbə qazandığı görüşdə 1 qol vurub.

error: Məzmun qorunur!
Seçilən
24
12
arena.az

10Mənbələr