"İnter" klubu "Roma"nın futbolçusu Manu Kone ilə maraqlanmağa davam edir.

Offsideplus.az xəbər verir ki, onlar "Roma"nın FFP problemindən istifadə edərək transfer etməyi planlaşdırır.

"Canavarlar" buna görə bəzi oyunçuları ilə vidalaşmalı ola bilər.

M. Kone ötən ilin yayında "Roma"ya qoşulub. O, burada 47 oyuna çıxıb və 2 qol vurub.