AZ

Post yerini tərk edən əsgərləri döyən çavuşa bu cəza verildi

Sumqayıtda yerləşən N saylı hərbi hissələrdən birində iki əsgəri döyən kiçik çavuş hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, kiçik çavuş əsgərləri xidmət yerlərini tərk etdikləri üçün döyübmüş.

Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Məmmədov (soyad şərtidir) postda xidmətdə olan əsgərləri yoxlayan zaman bir əsgərin xidməti yerində olmadığını görüb. Həmin əsgərin postda olan digər bir əsgərin xidməti yerinə getdiyini öyrənib. Kiçik çavuş əsgərlərdən bunun səbəbini soruşub. Hər iki əsgər qorxduqları üçün bir postda olduqlarını deyiblər. Buna əsəbiləşən kiçik çavuş hər iki əsgərin baş və sifət nahiyələrindən zərbələr vurub.

Məmmədov bu əməlinə görə məsuliyyətə cəlb edilib. Araşdırma zamanı əsgərlər kiçik çavuşdan şikayətçi olmadıqlarını deyiblər.

Məhkəmənin hökmü ilə kiçik çavuşa şərti cəza verilib.

Musavat.com

Seçilən
6
musavat.com

1Mənbələr