AZ

Azərbaycanda kənd təsərrüfatı istehsalı bu il 1%-ə yaxın azalıb

Azərbaycanda kənd təsərrüfatı istehsalı bu ilin yanvar-avqust aylarında 1%-ə yaxın azalıb.

"APA-Economics" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Məlumata görə, bu ilin ilk səkkiz ayında kənd təsərrüfatı istehsalının həcmi 9 424,2 milyon manat olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 0,8% azdır. Azalma əsasən bitkiçilik üzrə baş verib. Belə ki, bu dövrdə bitkiçilik üzrə istehsal 2,5% azalaraq 4 776,1 milyon manata enib.

Heyvandarlıq sahəsi isə 1,1% artaraq 4 648,1 milyon manata bərabər olub.

Seçilən
21
2
apa.az

3Mənbələr