AZ

Xaçaturyan: “Azərbaycanla dinc yanaşı yaşamaq barədə razılıq var”

Ajans.az xəbər verir ki,o,bubarədə RTVINews-amüsahibəsində danışıb. “Vaşinqtonda əldə etdiyimiz ən vacib nəticə ondan ibarətdir ki, iki tərəf – yəni Azərbaycan və Ermənistan – sülh şəraitində yaşamağa razılaşdıq. Xüsusilə də iki ölkənin liderləri ən yüksək səviyyədə bəyan etdilər ki, biz həqiqətən sülhə hazırıq və bunun üçün lazım olan hər şeyi edəcəyik”, – deyə Xaçaturyan qeyd edib. Jurnalistin “Azərbaycan prezidenti İlham Əliyevin Ermənistanın ərazi bütövlüyünü tanıyacağına inanırsınızmı?” sualını cavablandıran Xaçaturyan bildirib ki, bu prinsip artıq iki ölkə tərəfindən imzalanmış birgə bəyannamədə öz əksini tapıb. “Həmin bəyannamədə tənzimləmənin əsas prinsipləri dəqiq şəkildə göstərilib: ərazi bütövlüyü, müstəqillik, yurisdiksiya, qarşılıqlılıq və suverenlik. Bəziləri bunu fərqli adlarla ifadə edə bilər, amma bu, məhz TRİPP (regional nəqliyyat-kommunikasiya marşrutları) yoludur”, – Ermənistan prezidenti əlavə edib. Xaçaturyan, həmçinin Prezident İlham Əliyevin TRİPP marşrutu ilə bağlı keçidin təmin olunması barədə fikirlərinə də münasibət bildirib. Jurnalistin “Orada amerikalıların iştirakına eyham vurulubmu?” sualına cavab olaraq o qeyd edib: “Xeyr, amerikalılar iştirak etməyəcək. Orada yalnız ermənilər olacaq”, – deyə Xaçaturyan bildirib.

 

Seçilən
8
Ajans.az

1Mənbələr