AZ

Ronaldinyonun oğlu Acunun klubunda - RƏSMİ

Braziliyalı əfsanə Ronaldinyonun oğlu Joao Mendes karyerasını İngiltərənin “Hall Siti” klubunda davam etdirəcək.

Fanat.Az "pələnglər"in rəsmi saytına istinadən xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb.

Mendes Çempionşip təmsilçisinin U-21 komandasında çıxış edəcək.

Türkiyəli iş adamı Acun Ilıcalıya məxsus olan "Hall Siti" Çempionşipdə mübarizə aparır.

Joao Mendes karyerasına Braziliya "Kruzeyro"sunda başlayıb. O, daha sonra "Barselona” və "Börnli"də də top qovub.

Seçilən
36
3
fanat.az

4Mənbələr