GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.
“Avropa liderləri ABŞ Prezidenti Donald Trampı Ukrayna münaqişəsinin həlli üçün danışıqlara başlamağa və Moskvaya yeni məhdudiyyətlər tətbiq etməyə inandıra biliblər”.
Globalinfo.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.
“Nəhayət, Tramp bizim tərəfimizdədir”, – deyə Avropa İttifaqı (Aİ) nümayəndələrindən biri deyib.
Bildirilib ki, Avropa ölkələri Rusiyaya təzyiqlərlə bağlı ABŞ-la sıx müzakirələr aparacaqlar:
“Bu məqsədə çatmaq üçün Aİ ABŞ administrasiyasını razı salmalıdır. Bundan sonra liderlər bu məsələdə vahid mövqe üzərində razılığa gəlməlidirlər”.
Əliyar Xəlil
Globalinfo.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.