AZ

“Tramp yolu”nda gömrük xidməti olacaq

“Tramp yolu”nda gömrük xidmətinin olması nəzərdə tutulur. 

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan parlamentinin Dövlət Gəlirləri Komitəsinin sədri Eduard Akopyan açıqlayıb. 

"“Tramp yolu” gömrük xidmətinin olmasını nəzərdə tutur və bəli, bir daha təsdiq edirəm ki, gömrük xidməti orada fəaliyyət göstərəcək. 

Təfərrüatlara gəlincə, onlar hələ də müzakirə olunur, lakin mən müsahibəm zamanı da bildirdim ki, bundan asılı olmayaraq, bizim ümumi siyasətimiz total gömrükdür. Yəni, biz bütün sərhədlərimizdə ticarəti asanlaşdırmaq üçün islahatlar aparırıq", - deyə o qeyd edib.

Ağarza Elçinoğlu 

Seçilən
24
4
unikal.az

5Mənbələr