AZ

Ərdoğanın müavini Naxçıvana gedir » AzadMedia.az


Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin müavini, Türk dövlətləri ilə əlaqələr Baş İdarəsinin rəhbəri Kürşad Zorlu Naxçıvana gedir.

O, bu barədə "X"də yazıb.

"Bu gün Naxçıvan-İğdır xəttində ilk dayanacağımız Türk dünyasının strateji mərkəzlərindən biri – "Türk qapısı" Naxçıvan olacaq. Qarşıdakı dövrdə Azərbaycan-Türkiyə qardaşlığının bölgəmizdə formalaşdıracağı sülh və rifah mühiti məhz Naxçıvan xəttindən yüksələcək",- sədr müavini qeyd edib.
Seçilən
10
32
azadmedia.az

10Mənbələr