AZ

Bakıda yeni metro stansiyası bu tarixdə açılacaq - Rəsmi

Şərti adı B04 olan yeni metro stansiyasının gələn ilin sonuna qədər istifadəyə verilməsi planlaşdırılır.

News24.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin sədrinin müşaviri Emil Məmmədov redaksiyamızın sorğusuna cavabında məlumat verib. Onun sözlərinə görə, hazırda stansiyada tikinti-quraşdırma işləri sürətlə davam etdirilir:

“B04 stansiyasının istifadəyə verilməsi istiqamətində bütün texniki və infrastruktur tələblərə uyğun işlər aparılır. Məqsəd layihəni vaxtında başa çatdırmaq və sərnişinlərin ixtiyarına verməkdir”.

Qeyd edək ki, bu, Bakı Metropoliteni QSC-nin istifadəyə veriləcək sayca 28-ci, bənövşəyi xəttin isə beşinci stansiyasıdır.

Aqil Qarayev


Seçilən
76
news24.az

1Mənbələr