AZ

Polşa ABŞ-dan 38 “Abrams” tankı alıb

Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış bildirib ki, ölkə Amerika silahlarının bir partiyasını alıb. Buraya 38 M1A2 “Abrams” tankı və 14 texniki dəstək maşını daxildir.

Məlumatı “İnterfaks.ru” verib. 

“Polşaya zirehli qüvvələr üçün daha bir silah partiyası gəlib”, – deyə cənab Kosinyak-Kamış sosial şəbəkədə yazıb. “Biz ən böyük dəniz göndərişlərindən birini almışıq”.

O, həmçinin qeyd edib ki, Polşa hərbçiləri tezliklə onların sərəncamında olan texnikanı alacaqlar.

P.Əmircanov
XQ

Seçilən
1
1
xalqqazeti.az

2Mənbələr