AZ

Direktorlara daha çox səlahiyyət vermək istəyərik, amma... - Emin Əmrulayev

Direktorlara daha çox səlahiyyət vermək istəyərik, amma səlahiyyətlə birlikdə məsuliyyət də gəlir. 

Modern.az xəbər verir ki, bunu “2025-2026-cı tədris ili: yeniliklər və hədəflər” mövzusunda keçirilən tədbirdə elm və təhsil naziri Emin Əmrullayev qeyd edib. 

O qeyd edib ki, direktorun səlahiyyəti yaxşıdan mükəmmələ gedəndə ola bilər.

"Zəif sistemdə onların da səlahiyyəti az olur. Bakı direktorları ilə görüşdə sual verdim, müəllimlərin işə qəbulu müxanizmini direktorlara verək? Onlar buna qarşı çıxdı ki, biz bu qədər təzyiqə dözə bilmərik.

Bu cəmiyyətin təhsilə olan münasibətidir. Direktor deyir ki, mənə o səlahiyyəti versən, keyfiyyətli müəllimi işə götürəcəyinə söz vermir. Çünki cəmiyyətə inanmır. Bu dəyişməsə bizim təhsilimiz dəyişməyəcək, bu dəyişsə, MİQ imtahanına ehtiyac qalmayacaq. Çünki belə olsa, müəllimlə danışacağıq və onu asanlıqla işə götürüb-götürməyəcəyimizə qərar verə biləcəyik. Hər insanın nöqsanı ola bilər, amma niyyət vacibdir. Təhsilə şəxsi arzuların gerçəkləşməsi üçün məkan kimi baxılır, ya müqəddəs, fədakarlıq edilməli olan sahə kimi? Bu dəyər sisteminin dəyişməsi bizim çox vaxtımızı alacaq”- deyə nazir sonda bildirib.

Seçilən
18
2
modern.az

3Mənbələr