AZ

Milli Paralimpiya Komitəsində YENİ TƏYİNAT

Şahin Kazımzadə Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin prezidentinin müşaviri təyin edilib.

Far.Az xəbər verir ki, 1978-ci ildə Bakıda idmançı ailəsində anadan olan Ş.Kazımzadə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil alıb. O, 1998-ci ildən əmək fəaliyyətinə başlayıb.

Daha əvvəl idman sahəsində Azərbaycan Gimnastika Federasiyası və Bakı Gimnastika Məktəbində müxtəlif rəhbər vəzifələrdə çalışıb.

Eləcə də, Azərbaycan Televiziyası (AzTV) və Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) daxil olmaqla, media sahəsində də fəaliyyət göstərib.

Seçilən
23
10
far.az

10Mənbələr