AZ

Minasyan: “Türk” sözü Ermənistan müxalifətində psixoloji sıxıntı yaradır

BAKI, 12 sentyabr. TELEQRAF

Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasının deputatı Lilit Minasyan ölkəsində türk düşmənçiliyi olduğunu etiraf edib.

Teleqraf xəbər verir ki, o, xüsusən də Ermənistan müxalifətinin “türk” sözünü sevmədiyini bildirib.

“Türkiyə ilə sərhədi açmasaq, biz necə inkişaf edə bilərik? Açıq sərhəd Ermənistan üçün niyə pis olsun? Türk sözü Ermənistan müxalifətində psixoloji sıxıntı yaradır”.

Minasyan əlavə edib ki, Ermənistanın Azərbaycan və Türkiyə ilə əlaqələrinin bərpa edilməsi yönündə müsbət nəticələr var.

Seçilən
6
teleqraf.com

1Mənbələr