AZ

Kustar üsulda istehsal olunan məhsullar kafe və restoranlara gizli şəkildə tədarük edilir – Tahir Rzayev

Bakı. Trend:

Azərbaycanda zəhərlənmələrin əsas səbəblərindən biri kustarüsulla istehsal olunan məhsullara nəzarət edilməməsidir.

Trend xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasətkomitəsinin sədri Tahir Rzayev komitənin bugünkü iclsasında çıxışızamanı deyib.

Komitə sədri bildirib ki, fərdi şəkildə kustar üsulda istehsalolunan məhsullar zəhərlənmələrə səbəb olur:

“Bu məhsulların əksəriyyəti restoran və kafelərə gizli şəkildətədarük olunur. Zəhərlənmələrin əsas səbəbi odur ki, beləməhsullara nəzarət olunmur. Sahibkarlar məsuliyyətini dərketməlidirlər ki, bu məhsullar mütləq nəzarətdən keçirilsin və dahasonra restoranlara verilsin”.

Seçilən
31
1
az.trend.az

2Mənbələr