AZ

Sərdar Kılıç Ermənistana səfər edib | VİDEO

AzVision.az xəbər verir ki, Ermənistan Xarici İşlər nazirliyinin mətbuat katibi Ani Bədəlyan münasibətlərin normallaşdırılması üzrə erməni tərəfin xüsusi nümayəndəsi Ruben Rubinyan Sərdar Kılıçı Ermənistan-Türkiyə sərhədində, Marğara keçid məntəqəsinin yaxınlığında qarşılayıb.

Daha əvvəl “Anadolu” agentliyinin yaydığı məlumata görə, Ermənistana səfərindən əvvəl Sərdar Kılıç İğdıra gələrək, burada bölgə valisi Erkan Turanla görüşüb. Görüş zamanı o, Ermənistan tərəfinin sərhədin açılmasına müsbət münasibət bəslədiyini, lakin buna qədər“bir sıra texniki işlərin başa çatdırılmasına ehtiyac olduğunu”bildirib.

“Bu məsələlər Ermənistan tərəfi ilə müzakirə olunacaq. Mümkün addımları nəzərdən keçirəcəyik və iki ölkənin iqtisadi həyatı, xüsusilə bu bölgə üçün nə edilə biləcəyini müəyyənləşdirəcəyik”,- Türkiyənin xüsusi nümayəndəsi İğdırda deyib.

“Tramp marşrutu”mövzusuna da toxunan Sərdar Kılıç onu“Zəngəzur xətti” adlandırıb. Onun sözlərinə görə, bu marşrut təkcə Ermənistan və Türkiyə üçün deyil, Mərkəzi Asiya ölkələri üçün də vacibdir.

- Türkiyə prezidentinin tapşırığına uyğun olaraq, biz qısa müddətdə bu xətti açmaq və iki ölkənin iqtisadiyyatına, xüsusilə də İğdır və Qarsın inkişafına töhfə vermək istəyirik”,- diplomat vurğulayıb.

İğdır valisi Erkan Turan, öz növbəsində, vilayətdə Alican sərhəd-keçid məntəqəsinin fəaliyyət göstərdiyini və bu yaxınlarda 124 kilometrlik Dilucu-Qars dəmir yolunun təməlinin qoyulduğunu bildirib.



Sahil İsgəndərov
AzVision.az
Seçilən
7
azvision.az

1Mənbələr