AZ

Sərhəddə yeni mərhələ: Mirzoyanın “yenilik” mesajı nə deməkdir?

Son günlər Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın sərhədin demarkasiyası ilə bağlı verdiyi açıqlama regionda yeni müzakirələrə yol açıb. Xüsusilə, işğaldan azad olunmamış 4 kəndin taleyi və onların gələcək statusu məsələsi diqqət mərkəzinə gəlib. Mirzoyanın “yenilik ola bilər” fikri, ekspertlərin qənaətinə görə, həm Başkənd məsələsini, həm də kəndlərin mümkün mübadilə variantını gündəmə gətirir. Lakin prosesin hüquqi və siyasi çərçivəsi hələ də qeyri-müəyyən qalır. Məhz bu səbəbdən tərəflərin demarkasiya üzrə komissiyalar çərçivəsində aparacağı müzakirələr yaxın dövrdə real nəticələrin olub-olmayacağını müəyyən edəcək.

Siyasi analitik Samir Hümbətov Editor.az-a açıqlamasında bildirib ki, Azərbaycanın işğal altında qalan 4 kəndinin taleyi hələ də açıq qalır:

“Bundan əlavə, həm də Başkənd məsələsi var ki, Ermənistan tərəfi bu məsələni tez-tez gündəmə gətirir. Böyük ehtimalla, demarkasiya çərçivəsində Başkəndin əvəzində Ermənistanın nəzarətində olan 4 kəndimizin dəyişdirilməsi müzakirə oluna bilər.

Torpaqların dəyişdirilməsi məsələsi yalnız referendum vasitəsilə həll olunur. Yəni bu məsələ birbaşa hökumət üzvlərinin qərarı ilə yekunlaşmır. Ola bilsin ki, məhz buna görə Ermənistan XİN rəhbəri Mirzoyan ictimaiyyətə tam açıqlama vermək istəməyib”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
23
editor.az

1Mənbələr