AZ

Teymur Rəcəbov yeniyetmələrə ustad dərsi keçib

Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Şahmat Federasiyasının (AŞF) təşkilatçılığı ilə növbəti dəfə ustad dərsi keçirilib.

AŞF-dən hafta.az-a verilən məlumata görə, yeniyetmələr arasında respublika çempionatının qalib və mükafatçıları o cümlədən perspektivli şahmatçılar bu dəfə Dünya Kubokunun qalibi, üçqat Avropa çempionu Teymur Rəcəbovla görüşüb.

Mötəbər yarışlara hazırlıq barədə danışan T.Rəcəbov müxtəlif partiyaları təhlil edərək sonda uşaqların suallarına cavab verib.

Qeyd edək ki, oktyabrda kişi şahmatçılardan ibarət Azərbaycan yığması Gürcüstanda keçiriləcək komandalar arasında Avropa çempionatında iştirak edəcək. Azərbaycan komandasının kapitanı Teymur Rəcəbov olacaq.

Seçilən
17
9
hafta.az

10Mənbələr