AZ

Əmanətlərin 68 faizi milli valyutada qoyulub  

Mərkəzi Bankın məlumatına görə əhalinin banklardakı əmanətlərinin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10,7 faiz artaraq 2025-ci il avqust ayının 1-nə milli valyuta ekvivalentində 15 milyard 456,1 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, əmanətlərin 67,8 faizi milli, 32,2 faizi xarici valyutada qoyulub, milli valyutada qoyulmuş əmanətlərin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 13,2 faiz, xarici valyutada olan əmanətlərin məbləği isə 5,8 faiz artıb.

Seçilən
6
8
azerbaijan-news.az

9Mənbələr