AZ

Bu ölkələrdə açıq havada belə, siqaret çəkənlər CƏZALANACAQ

İspaniya hökuməti ictimai sağlamlığı qorumaq məqsədilə siqaret və elektron siqaret istifadəsinə dair genişmiqyaslı məhdudiyyətlər nəzərdə tutan yeni qanun layihəsini təsdiqləyib. Koalisiya hökumətinin təqdim etdiyi bu layihə həm yerli əhali, həm də ölkəyə gələn milyonlarla turist üçün mühüm dəyişikliklər gətirəcək.

Olaylar.az xarici mediaya istinadla xəbər verir ki, yeni qanun layihəsi yalnız klassik siqaretləri deyil, elektron siqaretlər, nikotin kisəcikləri, bitki tərkibli tütün məhsulları, nargilə və tütün qızdırma cihazlarını da əhatə edir.

Bu məhsulların istifadəsi çimərliklərdə, idman meydançalarında, restoran və bar terrasları kimi açıq hava məkanlarında tamamilə qadağan olunacaq.

İspaniya Səhiyyə Naziri Monika Qarsia vurğulayıb: "Hər kəsin təmiz hava udmaq, daha uzun və sağlam yaşamaq haqqı var."

Lakin layihə restoran və bar sahibləri tərəfindən tənqid olunur. Onlar siqaret çəkən müştərilərin seçdiyi terras sahələrinin boş qalacağından narahatdırlar.

İspaniyada 2011-ci ildən qapalı məkanlarda siqaret çəkmək qadağandır. Yeni tənzimləmə isə bu qadağanı açıq məkanlara da yayaraq daha sərt qaydalar tətbiq edəcək. Layihə həmçinin tütün məhsullarının reklamı və satışına da daha ciddi nəzarət gətirir.

Qanun layihəsi parlamentdən keçdikdən sonra qüvvəyə minəcək və bu, həm yerli sakinlərin, həm də turistlərin gündəlik vərdişlərini dəyişəcək yeni bir dövrün başlanğıcı olacaq.

Rəsmi məlumatlara görə, hər il İspaniyada 50 mindən çox insan tütündən qaynaqlanan xəstəliklərdən həyatını itirir. Bu da gündə təxminən 137 ölüm deməkdir. (Lent.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
35
1
olaylar.az

2Mənbələr