Azərbaycanda fəaliyyət göstərən 14 ümumi təhsil müəssisəsində tam orta təhsil səviyyəsində təmayüllü siniflər təşkil ediləcək.
AzEdu.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib
Onun sözlərinə görə, məqsəd məktəbdənkənar müəllim hazırlığına getmədən sinifdə ali təhsil müəssisələrinə hazırlığı keyfiyyətli şəkildə təmin etməkdir:
"Yəni şagirdlər məktədənkənar hazırlığa getmədən sinifdə öz müəllimlərindən tədris ala biləcək. Düşünürəm ki, ilin sonunda həmin məktəblərin nəticələrini açıqlaya biləcəyik. İnanırıq ki, repititor yanına getmədən yüksək nəticə göstərən şagirdlərimiz olacaq".