AZ

Almaniya Bundestaqı: Ermənistan və Azərbaycan arasındakı sülh sazişi Qafqazda sabitlik yaradacaq – ÖZƏL

Ermənistanın Almaniyadakı səfiri Viktor Enqibaryan Bundestaqın Xarici Əlaqələr Komitəsinin sədri Armin Laşetlə görüşüb. Görüşün əsas mövzusu Ermənistan və Azərbaycan arasında paraflanmış sülh və dövlətlərarası münasibətlər sazişi olub. 

Olaylar.az xəbər verir ki, bu barədə Ermənistan səfirliyi məlumat yayıb.

Armin Laşet bildirib:
"İki ölkənin sülh və münasibətlərin normallaşdırılması yolunu seçməsi müsbət haldır. Bu saziş Sovet İttifaqının dağılmasından sonra davam edən demək olar ki, 40 illik münaqişəyə son qoydu. Ermənistan və Azərbaycan hökumətləri bu addımla region xalqlarının əzablarını bitirmək və daha yaxşı gələcək üçün ümid yaratmaq imkanı qazandı. Saziş bütün Qafqazın sabitləşməsinə xidmət edir və Avropa ilə Mərkəzi Asiya arasında yeni yollar açır. Almaniya prosesi hər iki tərəfdən dəstəkləməyə davam edəcək".

Səfir Viktor Enqibaryan isə Vaşinqtonda əldə olunan razılaşmaların region ölkələri və Avropa İttifaqı üçün faydalı olduğunu vurğulayıb:
"Qaydalar dəyişdi, münaqişə məntiqi yerini hərtərəfli əməkdaşlıq məntiqinə verəcək və bundan hər kəs qazanacaq".

Görüşdə Ermənistan və Almaniya arasında ikitərəfli əməkdaşlıq məsələləri də müzakirə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
26
olaylar.az

1Mənbələr