1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Respublika üzrə müxtəlif illərdə aparılmış hesablamalara əsasən, yeraltı suların regional istismar ehtiyatları - 23 764.28 min m3/gün (və ya ildə 9 mlrd. m3) təşkil edir".
Oxu.Az xəbər verir ki, bu fikirləri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin Kadastr, uçot və reyestr şöbəsinin müdiri Rafiq Verdiyev 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı - "Baku Water Week" çərçivəsində təşkil olunan paneldə deyib.
O bildirib ki, bəzi iqlim ssenarilərinə görə, əsrin sonuna qədər Xəzər dənizinin səviyyəsinin 10 metrdən də çox enməsi proqnozlaşdırılır.
Məhərrəm Əliyev