AZ

Gəncədə dəhşətli hadisə - Hamamda qaz partladı... - YENİLƏNDİ

Gəncə şəhərinin 3-cü mikrorayon ərazisində qeydə alınan hadisədə yanıq xəsarətləri alan  Ç.Həsənova Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. 

Bu barədə News24.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliydən (TƏBİB) məlumat verilib. 

Verilən məlumata görə, hər iki yuxarı ətrafın və sinənin I, II dərəcəli yanığı diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti stabil qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb.

Xeyrənsə Piriyeva

***

13:15

Gəncə sakini yanıq xəsarətləri alıb.

News24.az xəbər verir ki, "Unikal"ın məlumatına görə, hadisə şəhərin 3-cü mikrorayon ərazisində qeydə alınıb. Belə ki, şəhər sakini 1992-ci il təvəllüdlü Ç.Həsənova bədənin yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Məlumata görə, Ç.Həsənova yaşadığı evin vanna otağında qazı (kalonkanı) yandıran zaman ehtiyatsızlıqdan partlayış olub. Nəticədə, o, yanıq xəsarətləri alıb.

Fakt araşdırılır.


Seçilən
59
3
news24.az

4Mənbələr