Bakı. Trend:
Bu ilin yanvar-avqust aylarında hava nəqliyyatı ilə 2,721 milyonsərnişin daşınıb.
Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbərverir.
Məlumata görə, bu, əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,4faiz çoxdur.
Bildirilib ki, daşımaların 99,9 faizi dövlət, 0,1 faizi isə özəlmüəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.
Bu nəqliyyat növü ilə yükdaşıma 5 faiz azalaraq 256,6 min tonolub.