AZ

Avtomobil nəqliyyatı ilə yük və sərnişin daşımaları artıb

Bu ilin yanvar-avqust aylarında nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 96,7 milyon ton yük, 1208,6 milyon sərnişin daşınıb.

"Unikal" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2024-cü ilin yanvar-avqust ayları ilə müqayisədə müvafiq olaraq 6,8 faiz və 6 faiz artım qeydə alınıb.

Sərnişinlərin 95,5 faizi avtobus, 4,5 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Yük və sərnişin dövriyyəsi 8,3 faiz artıb.

Seçilən
29
3
unikal.az

4Mənbələr