AZ

Xinşteyn Kursk qubernatorluğuna gedir

Rusiyanın Kursk vilayətində qubernator seçkiləri başlayıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, səsvermə 14 sentyabra qədər davam edəcək.

Region rəhbərinin səlahiyyətlərini icra edən Aleksandr Xinşteyn rəqiblərsiz seçkilərə gedir – ona yalnız regional deputatlar qarşı çıxır: Gennadi Baev (Ədalətli Rusiya – Həqiqət naminə), Aleksey Bobovnikov (KPFR) və Aleksey Tomanov (LDPR).

Təbliğat üçün Xinşteyn uşaqlardan istifadə edir. Kurskun bir məktəbində onun şəkli olan dəftər və xətkeş, həmçinin “Əsgər pilotkasında uşaqlıq” adlı kitab paylanıb. Lakin Xinşteynin rəqibləri üçün demək olar ki, heç bir təbliğat yoxdur, amma sifarişli elementlər mövcuddur: “Baevlə bağlı sadəcə bir video var, orada o, Kolumbiya gödəkçəsində Norveç mağazasının bağlanmasını tələb edir”.

Namizədlər arasında debatlar faktiki olaraq gizli saxlanılıb. Aleksandr Xinşteyn debatlara yalnız üçüncü gün gəlib. “Vesti.Kursk” saytında canlı yayıma icazə verilməyib. Kommunist partiyasının namizədi Bobovnikov deyib ki, o, keçmiş qubernatorları tənqid etməyə başlayanda mikrofonu söndürülüb.

Texniki namizədlərin seçki fondları Xinşteynlə müqayisə olunmaz dərəcədə kiçikdir. Onun seçkilərdə iştirakına “Yedinaya Rusiya” 20 milyon rubldan çox vəsait ayırıb. Müqayisə üçün: bu məqalə yazılarkən Tomanovun hesabında cəmi 650 min, Bobovnikovda – 625 min, Baevdə isə – 91 min rubl olub.

Seçkiqabağı proqramında Xinşteyn “hakimiyyətin açıq olması” vədini verib. Bununla belə, uzunmüddətli işğal nəticəsində evlərini itirmiş sərhəd bölgəsi sakinləri hələ də Xinşteyndən şikayətlərinə cavab ala bilmirlər. 

Bundan başqa, Aleksandr Xinşteynin Dövlət Dumasındakı gəlirləri müharibəyə qədərki dövrdən demək olar iki dəfə artıb. Son açıqlanmış bəyannaməyə görə, 2020-ci ildə o, 6 293 047 rubl qazanıb – yəni ayda 500 min rubl. 2024-cü ildə isə region rəhbəri kimi 11,79 milyon rubl əldə edib – bu da demək olar ki, ayda bir milyon deməkdir.

Musavat.com

Seçilən
13
musavat.com

1Mənbələr