AZ

ANAMA-nın vəzifəli şəxsləri sərxoş vəziyyətdə həbs olundu


Laçında ANAMA-nın bölmə rəhbərləri həbs edilib.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə sentyabrın 11-i Laçın şəhərinin mərkəzində baş verib.
ANAMA-da bölmə rəisi işləyən 1985-ci il təvəllüdlü S.Məmmədovun (şərti) idarə etdiyi "Hyundai Sonata” markalı avtomobil yol polisi əməkdaşları tərəfindən saxlanılıb. Bu zaman sərxoş vəziyyətdə olan və sürücülük kəmərindən istifadə etməyən sürücü ilə onun yanında əyləşən, spirtli içkinin təsiri altında olan 31 yaşlı sərnişin T.Qurbanov ucadan səs-küy salmağa, söyüş söyməyə başlayıblar.
İctimai asayişi pozan şəxslər saxlanılaraq bölməyə aparılıblar. Burada onların ikisinin də ANAMA əməkdaşı olmaları, həmin qurumda bölmə rəisi vəzifəsində çalışmaları müəyyənləşib.
Barələrində inzibati protokol tərtib edilən şəxslər Laçın Rayon Məhkəməsinin qərarı ilə 8 sutkalıq inzibati həbs ediliblər.

Seçilən
10
43
nuh.az

10Mənbələr