AZ

İtaliya millisinin sabiq futbolçusunun yeni klubu bəlli oldu

BAKI, 12 sentyabr. TELEQRAF

İtaliya yığmasının sabiq futbolçusu Roberto Qalyardini A Seriyasında çıxış edən "Verona" komandasına keçib.

Teleqraf xəbər verir ki, bu barədə eyniadlı şəhəri təmsil edən klubun mətbuat xidməti məlumat yayıb.

31 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Roberto Qalyardini son olaraq "Montsa"da çıxış edib. O, karyerası ərzində "Atalanta" və "İnter"in də şərəfini qoruyub.

Seçilən
7
teleqraf.com

1Mənbələr