AZ

Azərbaycanda aqrar şirkətində rəhbər dəyişikliyi yenidən gündəmə gəlib

“Biləsuvar Quşçuluq” ASC-nin qanuni təmsilçilik funksiyasını icra edən direktorun vəzifədən azad edilməsi və yeni direktorun təyin edilməsi məsələsi müzakirə ediləcək.

Banker.az xəbər verir ki, bu barədə şirkətin elanında qeyd edilir.

Şirkət keçən il bu vaxt da belə bir elan verərək direktorunun dəyişdirilməsi ilə bağlı iclas təyin etmişdi.

İclas Biləsuvar rayonu, Səmədabad kəndi ünvanında yerləşən ofisində (2-ci mərtəbə, iclas zalı) İclasın keçirilmə vaxtı 13.10.2025-ci il saat 11:30-da keçirləcək.

Xatırladaq ki, “Biləsuvar Quşçuluq” ASC 2006-cı ildə təsis edilib. Onun direktoru Kafari Seyran Ağaəli oğludur. Şirkətin 788 242 manat nizamnamə kapitalı var.

 

Seçilən
9
banker.az

1Mənbələr