AZ

Formula 1 Azərbaycan Qran-Prisində dünya ulduzlarının konsertləri keçiriləcək – FOTO

Sentyabrın 19-21-də Bakıda baş tutacaq Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində məşhur musiqiçilərin konsertləri təşkil olunacaq.

Doğru.az xəbər verir ki, Bakı Şəhər Halqasının məlumatına görə, tədbirlər “Kristal Zal”da keçiriləcək.

Elektron musiqi ifaçısı Anyma sentyabrın 19-da səhnəyə çıxacaq. Növbəti gün isə tamaşaçılar tanınmış DJ Martin Qarriks və britaniyalı qrup **“Glass Animals”**in çıxışlarını izləyə biləcəklər.

Beləliklə, həm Formula 1 yarışları, həm də musiqi proqramları paytaxt Bakıda əsl festival ab-havası yaradacaq.

DOĞRU.AZ

image-17576667323302756010_1200x630 image-1757666732676449379_1200x630

Seçilən
22
1
dogru.az

2Mənbələr