AZ

Bütün məktəblərdə telefon qadağan ediləcək - RƏSMİ

Şagird davranış qaydaları hazırda 300 məktəbdə tətbiq edilir.


Manset.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov məlumat verib.

O bildirib ki, yaxın günlərdə şagird davranış qaydaları ölkənin bütün məktəblərdə tətbiq ediləcək.

Qeyd edək ki, şagird davranış qaydaları ümumi təhsil müəssisəsində nizam-intizamı tənzimləyən qayda və prosedurları müəyyən edir.

Qaydalarda şagirdlərin məktəbə gətirməsi qadağan edilə əşyalar da qeyd olunub. Bunlar planşet, mobil telefon, təsbeh və sairdir.

Sənədə əsasən, qadağan olunmuş əşyaları məktəbə gətirmək yüngülsəviyyəli qayda pozuntusu hesab edilir. Bu pozuntu zamanı şagirdlə “sakit söhbət” (səs tonunu qaldırmadan) – onların davranışının niyə qəbuledilməz hesab olunduğu və nə üçün təkmilləşdirməyə ehtiyac olduğunu dəqiq izah etmək lazımdır.

Seçilən
30
3
manset.az

4Mənbələr