AZ

Almaniya ruslara qarşı sərt vizalar tələb edir – Avropa İttifaqına təzyiq artır

Avropada ruslara qarşı yeni məhdudiyyətlər gündəmdədir.

Musavat.com xəbər verir ki, "Bild" qəzetinin məlumatına görə, Almaniya hökuməti rusiyalı turistlər üçün viza rejiminin daha da sərtləşdirilməsinə çalışır.

Berlinin hazırladığı sənəddə Avropa Komissiyasına 2022-ci ildə qəbul olunmuş tövsiyələrin tam şəkildə icra olunması tələbi yer alıb. Həmin tövsiyələrə əsasən, rus turistlərə verilən vizaların kəskin şəkildə azaldılması nəzərdə tutulurdu.

Məlumata görə, bu qərar Ukrayna ilə davam edən müharibə fonunda verilib.

Rəsmilər hesab edirlər ki, belə bir şəraitdə varlı rusların Avropa İttifaqı kurortlarında istirahət etməsi yolverilməzdir.

Musavat.com

Seçilən
80
musavat.com

1Mənbələr