AZ

Bundestaq sülh sazişi haqqında məlumatlandırılıb

Bu barədə səfir özünün "Facebook" hesabındaməlumatyayıb. Bildirilib ki, tərəflər qarşılıqlı əməkdaşlıq məsələləri ilə yanaşı əsas etibarilə Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasından, Vaşinqtonda paraflanmış sülh sazişindən danışıblar. Komitə sədri vurğulayıb ki, iki ölkənin sülh yolunu seçməsi təqribən 40 illik münaqişəni başa çatdırıb.

"Hökumətləri regionu daha yaxşı gələcəyə aparmaq naminə fürsətdən yararlanıblar. Saziş, eyni zamanda, bütün Qafqazda vəziyyətin sabitləşməsinə töhfə verir,Avropa ilə Mərkəzi Asiya arasında yeni yollar açır.Almaniya hər iki tərəf üçün bu sülh prosesini dəstəkləyəcək", – o deyib.
İrəvan sülh sazişi barədə Vyananı məlumatlandırıb

Viktor Yengibaryan da, öz növbəsində, vurğulayıb ki, Vaşinqtonda imzalanmış sənədlər həm region, həm də Avropa İttifaqı üçün faydalıdır.

"Artıq vəziyyət dəyişib.Münaqişə məntiqi hərtərəfli əməkdaşlıq məntiqi ilə əvəzlənəcək.Bu əməkdaşlıqdan hamı yararlanacaq",– səfir söyləyib.

Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda ABŞ, Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə sülh sazişi paraflanıb, eyni zamanda, sülh bəyannaməsi imzalanıb.

Firudin Həmidli
AzVision.az
Seçilən
9
azvision.az

1Mənbələr