BAKI, 12 sentyabr. TELEQRAF
Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayevin paytaxt Bişkekin Koy-Taş kəndindəki malikanəsi müsadirə olunub.
Teleqraf xəbər verir ki, bu barədə onun oğlu Kadır Atambayev məlumat verib.
Ailə bununla bağlı məhkəmə qərarından Ali Məhkəmə və Konstitusiya Palatasına şikayət etmək niyyətindədir.
Kadır Atambayevin sözlərinə görə, obyekt 1990-cı illərdən atasına məxsusdur.
Qeyd edək ki, 2020-ci ilin iyununda paytaxtın Pervomayski rayon məhkəməsi Almazbek Atambayevi korrupsiya ittihamı üzrə əmlakı müsadirə olunmaqla 11 il müddətinə azadlıqdan məhrum edib. Məhkəmə icraçıları da bu qərarı icra etdiklərini deyiblər.