AZ

19 yaşlı qız TikTok çəkilişi üçün evi YANDIRDI – VİDEO

Tatarıstanda 19 yaşlı qız TikTok videosu üçün mənzili yandırıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Buqulma şəhərində 19 yaşlı qız trendə düşmək məqsədilə videoya çəkərək yatağına od vurub.

Alov qısa müddətdə bütün mənzili bürüyüb, tüstü isə qonşulara yayılıb. Nəticədə astma xəstəsi olan bir qadın zərər çəkib.

Hadisə yerinə gələn yanğınsöndürənlər alovu söndürsələr də, üfunətli qoxu qalmaqda davam edir və bəzi sakinlər evi tərk etmək məcburiyyətində qalıb.

Qız əvvəlcə yanğını guya “roterin alışması” ilə izah etməyə çalışsa da, telefonunda çəkdiyi həmin “yanğın şousunun” videosu tapılıb.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
33
1
interpress.az

2Mənbələr