AZ

Zəngəzur dəhlizində gömrük xidməti olacaq? – Akopyan açıqladı

“Tramp yolu” yol qovşağında gömrük xidməti fəaliyyəti planlaşdırılır.

Publika.az xəbər verir ki, bunu Ermənistan Dövlət Gəlirləri Komitəsinin rəhbəri Eduard Akopyan bəyan edib.

Bu məsələni “Ermənistan” fraksiyasından olan deputat Artsvik Minasyan qaldıraraq, həmin ərazidə gömrük sisteminin tətbiqinin nəzərdə tutulub-tutulmaması və onun hansı formatda fəaliyyət göstərəcəyi ilə bağlı sual verib.

Akopyanın sözlərinə görə, detallar hələ də müzakirə olunur, lakin həmin prosesdən asılı olmayaraq, gömrük siyasəti islahatları ölkənin bütün sərhədlərini əhatə edir.

Seçilən
28
1
publika.az

2Mənbələr