AZ

Moskvada Ukrayna məsələsi ilə bağlı səfirliklərin dəyirmi masası keçiriləcək

Rusiyanın xarici işlər naziri Sergey Lavrov sentyabrın 17-də səfirliklərin dəyirmi masasında iştirak edəcək. Mövzu Ukrayna böhranının müzakirəsi olacaq.

Herbiand.az xəbər verir ki, bu barədə Rusiya XİN-nin mətbuat katibi Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib.

Zaxarova söyləyib ki, sentyabrın 17-də Diplomatik Akademiya və Rusiya Xarici İşlər Nazirliyi növbəti dəyirmi masa təşkil edəcək: “Qarşıdan gələn tədbirin mövzusu “Ukrayna böhranı. BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə uyğunluq”dur. Müzakirələrdə 100-dən çox ölkədən nümayəndə iştirak edəcək. Müzakirənin tonunu ənənəvi olaraq Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri təyin edəcək”.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
18
herbiand.az

1Mənbələr