AZ

“Fransada dəhşətli irqçilik var idi"

Skeytbordçu Agliardi Fransada irqçiliklə üzləşdiyini açıqlayıb.

Milli.Az xəbər verir ki, ABŞ milli skeytbord komandası üzvü Julian Agliardi "gazeta"ya verdiyi açıqlamada Fransada irqçiliklə üzləşdiyini bildirib.

Atası fransız olan idmançı əvvəlcə ölkəsini beynəlxalq yarışlarda təmsil etməyi planlaşdırırdı. Lakin Agliardi qeyd edib ki, Fransa millisindəki təcrübəsi kabusa dönüb.

Agliardi Fransa millisiindən kənarlaşdırılıb. İdmançı hesab edir ki, qərarda irqçilik amili də rol oynayıb, çünki onun anası amerikalı, nənəsi isə çinlidir. Komanda üzvləri tez-tez onun "yarı fransız" olduğunu xatırladırdılar.

"Fransa millisində dəhşətli irqçilik var idi. Məşqçi mənə Olimpiadaya çıxmaq üçün kifayət qədər seçmə turnirlərdə iştirak etməyə icazə vermədi. Nəticədə Mən Beynəlxalq Olimpiya Komitəsindən xahiş etdim ki, məni Fransa millisindən ayırıb ABŞ millisində iştirak edim," - deyə Agliardi bildirib.

İdmançı 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Olimpiya oyunlarında ABŞ millisini təmsil etməyi planlaşdırır.

İsmayıl
Milli.Az

Seçilən
11
1
milli.az

2Mənbələr