AZ

Ermənistanda yenə ARA QARIŞDI – Sabiq prezidentlər həbs OLUNA BİLƏR

Ermənistanda parlament seçkiləri yaxınlaşdıqca, hakimiyyətlə müxalifət arasında gərginlik daha da artır.

Bu prosesdə ölkənin keçmiş prezidentləri də ciddi rol oynayırlar.

Belə ki, Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan mətbuata açıqlamasında Paşinyan hökumətini devirməyin iki variantının olduğu barədə bəyanatla çıxış edib.
 

MÖVZU İLƏ BAĞLI:

 Paşinyan: “Ermənistanda və hüdudlarından kənarda Azərbaycanla sülhü pozmaq istəyənlər var”


O bildirib ki, buna nail olmağın ən düzgün və optimal variantı hökumətə və baş nazirə etimadsızlıq bildirmək, yəni impiçment elan etməkdir.

“Dünən dünyada iki böyük hadisə baş verdi - Nepalda və Fransada. Xalqın etimadını qazanmayan kabineti vəzifədən uzaqlaşdırmağın və ya impiçment etməyin iki yolu var. Onlardan biri Nepal variantıdır - zorakılıq və qətl yolu ilə, digəri isə fransız variantı-parlament vasitəsilə. Xalqımıza nə təklif etməliyik? ", - Sarkisyan bildirib.

Bu açıqlama əslində Sarkisyanın qanuni hakimiyyəti devirmək üçün kütləni üsyana çağırması anlamına gəlir.

Bu isə onun həbsinə gətirib çıxara bilər.

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında AVP sədri Fəzail Ağamalı bildirir ki, sözügedən çağırışa görə, Serj Sarkisyan barəsində cinayət işi qaldırılmalıdır:

“Belə əhval-ruhiyyədə olanlar dünyada baş verən hadisələri öz maraqları çərçivəsində izah etməyə, xalqa çatdırmağa və onu reallaşdırmağa çalışan qaniçən, faşist düşüncəli insanlardır.

Sarkisyan və Köçəryan da belələrindəndir.

Onların belə çağırışları heç bir halda Paşinyan üçün hər hansı bir mənfi nəticə doğurmayacaq. Xalqı üsyana çağırmaq hakimiyyətin zorakılıqla ələ alınmasına çağırışdır və bu, Ermənistan qanunvericiliyi çərçivəsində ciddi qanun pozuntusudur. Bu çağırışa görə, Sarkisyan barəsində cinayət işi açılmalıdır”.

Sarkisyanın açıqlamasında Kremlin barmağı var.

Partiya sədrinin fikrincə, Sarkisyan tərəfdarları zorakılığa əl atsa, burada Rusiyanın əlinin olduğunu da istisna etmək olmaz:

“Paşinyanın hakimiyyəti dövründə revanşistlər tərəfindən buna bənzər hadisələr, yəni onların Paşinyanı devirməyə yönəlik bir neçə cəhdi oldu. Hətta bu yöndə yürüş də keçirdilər, amma istəklərinə nail ola bilmədilər. İndiki durumda Sarkisyanın bu çağırışından sonra, onun tərəfdarları zorakılığa əl atsa, burada artıq Rusiyanın barmağının olduğu da qətiyyən istisna edilməməlidir”.

Həmsöhbətimiz qeyd edir ki, Paşinyan komandası mövcud durumda çətin vəziyyətə düşməmək üçün önləyici tədbirlə iğtişaşların baş tutmasına imkan verməməlidir:

“Çünki iğtişaşların keçirilməsi və qarşıdurma Paşinyanın ziyanına, revanşistlər və Rusiyanın xeyrinə işləyə bilər”.

Rüfət Sultan, Bizim.Media    

Seçilən
22
1
bizim.media

2Mənbələr